Füzuli rayonunun Aşağı Seyidəhməli kəndində minaya düşən 4 nəfərdən 3-nün bir ailənin üzvü olduğu məlum olub.
Aktual.az "Report”a istinadən xəbər verir ki, həlak olanlar Hacıyev Şakir və Hacıyev Firudin qardaşdır. Həlak olan Adilzadə Zibeydə isə Ş.Hacıyevin qızıdır.
Qeyd edək ki, bu gün saat 15:20-də "Toyota” markalı avtomobilin tank əleyhinə minaya düşməsi nəticəsində 4 dinc sakin dünyasını dəyişib.
Xəbər 602 dəfə oxunub.