Sofi, Yeva və Ellinin yeganə qardaşları, balaca Killian MakKenni indi milyonlar tanıyır.
7 həftəlik Killian çox kiçik olmasına rəğmən, artıq məşhurdur.
Çünki o, anasının "Hello!" (Salam!) xitabına qığıldayandan sonra "Hello" cavabını verib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 7 həftə əvvəl Killianı dünyaya gətirmiş Toninin dediyinə görə, oğlunun cavabı onu heyrətləndirmişdi.
"Onu danışdırıb, oynadanda telefonla baş verənləri çəkirdim. Killian qurcalanır, sanki mənə cavab vermək istəyirdi. Birdən "Hello" eşidəndə məni elə bil cərəyan vurdu. İnanılmazdı - oğlum danışdı!" - İrlandiya sakini Toni MakKenni deyib.
Dünyada körpələr bir qayda olaraq 18 aylıqdan sonra danışırlar.
Killianın bacıları - 12 yaşlı Sofi, 11 yaşlı Elli və 8 yaşlı Yeva da heyrətləniblər.
7 həftəlik Killianın danışmasının əks olunduğu video YouTube-da sürətlə populyarlaşır.