Hindistanın almaz maqnatlarından olan Maxeş Savani etdiyi xeyriyyə ilə diqqət çəkib.
Aktual.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, milyoner eyni vaxtda atasız böyümüş 236 gəlin üçün toy edib. Bundan əlavə hər qıza ümumi dəyəri 1000 dollar təşkil edən hədiyyələr də bağışlayıb.
Hind adəti "kanyadaan"a əsasən ərə verilən qızlara hədiyyələr verilməlidir. Milyoner Qucaratda təşkil etdiyi toy mərasimi və verdiyi hədiyyələrlə atasız qızların adəti yerinə yetirməsinə kömək etmiş olub.
Milyoner iki oğluna da digər 236 gənc ailə ilə birlikdə toy edib.
Aktual.az
Xəbər 357 dəfə oxunub.