Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun qardaşı Teymur Əhmədov adına “Göyçay AzNar” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Fərəc Əhmədov deputatlığa namizədliyini geri götürüb.
Fərəc Əhmədov 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş və qeydə alınmışdı.
Adı çəkilən dairə seçki komissiyasından Modern.az saytına verilən məlumata görə milyarderin qardaşı öz istəyi ilə bu addımı atıb və seçkilərdə iştirakdan imtina edib.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deputat mandatı uğrunda mübarizə aparacaq 1246 nəfərin bir hissəsinin namizədliyini geri götürdüyünü bildirib.
Qeyd edək ki, Fərəc Əhmədovun qardaşı Fərhad Əhmədov uzun illərdir biznes fəaliyyəti ilə məşğul oldur və Rusiyanın ən varlı iş adamlarından sayılır. O, 2004-cü ildə “Forbes” jurnalının zənginləri siyahısına düşüb.
İlk vaxtlar F.Əhmədovun sərvəti 330 milyon dollar dəyərində qiymətləndirilirdi. Hazırda 1,3 milyard dollar sərvəti olduğu ehtimal edilir.
Xəbər 820 dəfə oxunub.