Rusiyanın “Taşir” şirkətinin erməni əsilli prezidenti Samvel Karapetyan “Hayastan” ümumerməni fonduna 1 milyon dollar ianə ayırıb.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, vəsait Dağlıq Qarabağda 5 və daha çox uşağı olan ailələrə ev tikilməsi üçün sərf olunacaq.
Erməni milyarderin ayırdığı vəsait hesabına 21 çoxuşaqlı erməni ailəsi evlə təmin olunacaq.
Layihənin tam reallaşdırılması məqəsdilə noyabrın 26-da erməni diasporu bütün dünyada telemarafon keçirəcək və topladığı vəsaiti “Hayastan” fondunun hesabına yatıracaq.
“Forbes” jurnalının məlumatına görə, 4 milyard sərvəti olan Samvel Karapetyan Rusiyanın ən varlı 26-cı adamıdır.