Milyarder Hillari Klintona pul ayırdı

Milyarder Hillari Klintona pul ayırdı
  • DÜNYA

Amerikalı milyarder Corc Soros demokrat-namizədlər arasında dövlət rəhbəri postu uğrunda mübarizədə liderlik edən sabiq dövlət katibi Hillari Klintonun prezident kampaniyası üçün 6 milyon dollar ianə edib, CNN telekanalı bazar günü məlumat yayıb.

Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, Demokrat Partiyasının ən məşhur donorlarından, 85 yaşlı investor Klintonun kampaniyasını dəstəkləmək üçün bu vəsaiti hələ keçən ilin dekabrında ayırıb.

Amma bu barədə indi siyasətçinin seçkilər öncəsi toplanmış vəsaitə dair növbəti məlumat dərc edilərkən məlum olub.

"Forbes"in məlumatına görə, sərvəti 25 milyard dollardan ibarət olan Soros 2008-ci ildə, o zaman senator Barak Obamanın prezident ambisiyalarını dəstəkləmişdi.

Xəbər 475 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR