Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının əsas qrup mərhələsindəki sonuncu rəqibi müəyyənləşib.
Aktual.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, mübarizəyə ilkin mərhələdən başlayan İsveç yığması qrupunda birinci yeri tutaraq əsas mərhələyə yüksəlib.
Skandinaviya təmsilçisi B qrupunda Xorvatiya, Azərbaycan və Belarus millilərinin rəqibi olub.
Qeyd edək ki, millimizin də yer aldığı B qrupunun oyunları dekabrın 10-dan 13-dək Xorvatiyada keçiriləcək.