Azərbaycanın 17 (U-17) və 19 (U-19) yaşa qədər futbolçulardan ibarət yığma komandalarının sabiq oyunçusu İsmayıl Karakaş Türkiyədə saxlanılıb.
Aktual.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, 26 yaşlı futbolçu Türkiyə futbolunda qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində tutulub.
Qeyd edək ki, Karakaş hazırda Türkiyənin dördüncü liqa klublarından olan "Erciyes 38"in üzvüdür.
Xatırladaq ki, Trabzonda dünyaya gələn və Türkiyənin bir neçə klubunda oynamış Karakaş Azərbaycanın U-17 yığmasında 11, U-19 millisində isə 3 görüşdə meydana çıxıb.
Xəbər 53 dəfə oxunub.