Cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaher həbs olunub.
Aktual.az qol.az-a istinadən xəbər verir ki, avstriyalı keçmiş Olimpiya çempionu Kiyevdə saxlanılıb.
Pedofiliyada günahlandırılan 56 yaşlı mütəxəssis məhkəmə proseslərinə gəlmədiyi və istintaqdan gizləndiyi üçün onun haqda beynəlxalq axtarış elan olunmuşdu.
P.Zayzenbaher məhkəmə prosesi ölkəsinə ekstradisiya olunduqdan sonra başlayacaq.
Qeyd edək ki, Zayzenbaher 11 və 13 yaşlı yetirmələrini zorlamaqda ittiham olunur.
Aktual.az
Xəbər 382 dəfə oxunub.