FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək.
Aktual.az goal.az-a istinadən xəbər verir ki, C qrupunda yer alan U-17 yığmamız ikinci matçında Bolqarıstanlı həmyaşıdları ilə münasibətlərə aydınlıq gətirəcək. Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə saat 17:30) başlayacaq.
Xatırladaq ki, yığmamız turnirdə ilk oyununu yanvarın 4-də Latviyanın U-19 komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
6 yanvar
16:30. Azərbaycan (U-17) - Bolqarıstan (U-19)