Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə imzaladı

Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə imzaladı

"Keşlə"dən ayrılan azərbaycanlı futbolçu Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirəcək.

26 yaşlı yarımmüdafiəçi "Report"a açıqlamasında "Keçiörengücü" klubu ilə müqavilə imzaladığını bildirib.

O, Ankara təmsilçisi ilə sözləşmənin 3 illik olduğunu deyib. İsgəndərli iyunun sonlarında yeni komandası ilə məşqlərə başlayacağını söyləyib: "Rəsmi müqavilə imzalamışam. Klubun forması və sponsoru dəyişilir. Bu səbəbdən mənim keçidimi hələ ki, açıqlamırlar. 26-da komanda ilə məşqlərə başlayacağam".

Qeyd edək ki, Vüsal İsgəndərli 2019-cu ildən "Keşlə"də çıxış edib. Yarımmüdafiəçi 3 dəfə Azərbaycan millisinin də formasını geyinib. "Keçiörengücü" TFF 1-ci liqasında çıxış edir.
Xəbər 305 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR