"Neftçi”nin və U-21 millimizin üzvü Elvin Bədəlovu heyətinə qatan Avstriyanın "Qarabağ” klubu daha bir azərbaycanlı futbolçu ilə güclənib.
Aktual.az fanat.az-a istinadən bildirir ki, Vyana təmsilçisi Ukraynanın "Dnepr” klubundan Dmitri Nağıyevi heyətinə qatıb.
21 yaşlı yarımmüdafiəçi 2012-ci ildən "Dnepr”in formasını geyinirdi. Dmitri Nağıyev 2015-ci ildən 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətinə cəlb olunur.
Qeyd edək ki, Avstriyanın paytaxtı Vyananı təmsil edən komanda 2014-cü ildə yaradılıb və sürətli inkişaf yolu keçib. 2015/16 mövsümündə 2-ci Landesliqanın və Vyana kubokunun qalibi olan "Qarabağ” ötən mövsümü 1-ci Landesliqanın çempionu kimi tamamlayıb. 2017/18 mövsümündə komanda Regional Liqanın Şərq zonasında çıxış edəcək.
Xəbər 481 dəfə oxunub.