Millimizə baş məşqçi: Fateh Terim, Şenol Günəş, yoxsa…

Millimizə baş məşqçi: Fateh Terim, Şenol Günəş, yoxsa…
  • İDMAN

Azərbaycan millisində baş məşqçi yerli olsa, daha yaxşıdır. Çünki yerli məşqçi Azərbaycan futbolunun həm mənfi, həm də azsaylı müsbət tərəflərini əcnəbilərdən qat-qat yaxşı bilir.
Bu sözləri Aktual.az-a açıqlamasında idman eksperti Amal Abışov Azərbaycan milli komandasının baş məşqçisinin kim olacağı ehtimalı ilə bağlı danışarkən deyib.
"Ortada adi bir təcrübədə var ki, 2008-ci ildən davalı olaraq AFFA əcnəbi məşqçilərə etimad göstərir və ortada heç bir nəticə yoxdur. Bizim milli komandaya məşqçidən daha çox sağlam futbolçu yetişdirmək önəmlidir. İndiki məqamda məşqçinin kimliyi heç bir məna daşımır. Rəşad Sadıqova gəldikdə isə, məncə, Sadıqov "Zirə”də qalsa yaxşıdır. Orda ortaya iş qoyub, komanda formalaşdıraraq hər halda bir yol gedir. Bu gün onu işindən ayırmaq düzgün olmaz. Bizdə işsiz mütəxəssislərin sayı yetərincədir. Tərlan Əhmədovun adını çəkmək olar. Onun komandanı çətinlikdən çıxarma bacarağını "Kəpəz”də görmüşük”, - Abışov qeyd edib.
Fateh Terim və Şənol Günəşin millimizin baş məşqçisi olma ehtimalı ilə bağlı yayılan məlumatlara gəlincə, ekspert bildirib ki, onlar Türkiyənin özündə belə köhnəlmiş məşqçilər sayılır:
"Şenol Günəş həm Türkiyə millisində, həm də "Beşiktaş”da uğursuzluğa düçar oldu. Fateh Terimin isə uğur qazandığı yeganə yer aşağı-yuxarı "Qalatasaray” idi. Onun Azərbaycan millisi kimi geniş oyunçu seçimi olmayan, potensialı aşağı bir komanda ilə nəticə əldə edəcəyinə inanmıram”.
Məsələ ilə bağlı saytımıza açıqlama verən AFFA-nın mətbuat katibi Elnur Məmmədli deyib ki, milli komandamızın növbəti oyunu martda olacaq:
"Ona qədər də kifayət qədər vaxt var. Baş məşqçi postuna təyinatla bağlı işçi qrup yaradılacaq. Baş məşqçi postuna təyinat ən tez yanvar ayında təsdiqlənə bilər. Ona görə də ayrı-ayrı adlar çəkmək və müzakirə etmək doğru olmazdı”.
Xəbər 226 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR