19 yaşadək futbolçulardan ibarət yığmalar arasında Bakıda keçirilən Avropa çempionatının seçmə mərhələsinin oyunları davam edir.
Aktual.az qol.az-a istinadən xəbər verir ki, 5-ci qrupda mübarizə aparan Azərbaycan millisi bu gün ikinci matçına çıxacaq.
Nazim Süleymanovun komandası bu dəfə Türkiyə yığması ilə qarşılaşacaq. "Bayıl Arena"da keçiriləcək oyun saat 18:00-da başlayacaq. Qrupun digər oyununda Bosniya və Herseqovina millisi Ukrayna ilə qarşılaşacaq. Bu matçın start fiti saat 14:00-da veriləcək.
Qeyd edək ki, Azərbaycan millisi ilk oyununda Ukraynaya 0:4, Türkiyə yığması isə Bosniya və Hersoqovinaya 1:2 hesabı ilə uduzub.
12 noyabr
Avropa çempionatının seçmə mərhələsi
18:00. Azərbaycan - Türkiyə
Baş hakim: Eiko Saar (Estoniya)
"Bayıl Arena".