FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununa çıxacaq.
Aktual.az qol.az-a istinadən xəbər verir ki, Təbriz Həsənovun komandası 7-ci yer uğrunda oyunda Belarusun U-19 komandası ilə qarşılaşacaq.
Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
12 yanvar
7-ci yer uğrunda oyun
13:00. Azərbaycan - Belarus
Xatırladaq ki, yığmamız qrup mərhələsində Latviya ilə heç-heçə edib (1:1), Bolqarıstana qalib gəlib (2:0), Sloveniyaya isə uduzub (0:4).