DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün millimiz növbəti matçına çıxacaq.
Aktual.az xəbər verir ki, Canni De Byazinin yetirmələri Bakıda Portuqaliya yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda baş tutacaq görüş saat 20.00-da start götürəcək. Qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Millimiz bu görüşə itkilərlə çıxacaq. Mdafiəçilərimiz Maksim Medvedev və Rüstəm Əhmədzadə zədəli, Anton Krivotsyuk isə cəzalı durumda olduğu üçün matçı buraxacaq. Qonaqların heyətində Kriştiano Ronaldo sarı vərəqə limitini doldurduğundan Bakıya gətirilməyib.
DÇ-2022, seçmə mərhələ
A qrupu
20:00. Azərbaycan - Portuqaliya
Hakimlər: Marko Quida, Filippo Meli, Alessandro Kostanzo, Fabio Mareska (İtaliya)
VAR hakimləri: Marko Di Bello, Çiro Karbone (İtaliya)
Bakı Olimpiya Stadionu.
Serbiya - 10, Portuqaliya - 10, Lüksemburq - 6, İrlandiya - 1, Azərbaycan - 1.
Xəbər 348 dəfə oxunub.