Nəsimi rayonunda Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun adını daşıyan küçədə yerləşən park əsaslı təmirdən sonra istifadəyə verildi.
Respublikamızda böyük və sürətli inkişaf dövrü – 14 iyul 1969-cu ildən başlamışdır.Həmin tarix Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi nəticəsində respublikamızın hərtərəfli inkişaf mərhələsinin başlandığı vaxtdır. Azərbaycanın qısa müddətdə yüksəlişinə özünün böyük zəkası, müdrik siyasəti, gərgin və yorulmaz əməyi, tükənməz enerjisi ilə məhz Heydər Əliyev nail ola bilmişdi.
Həm keçmiş SSRİ, həm də müstəqil Azərbaycan Respublikası dövründə xalqına sədaqətlə xidməti həyat idealına çevirmiş Heydər Əlyev əmək və ictimai fəaliyyətinin ilk dövrlərindən özünün şəxsi keyfiyyətləri ilə fərqlənmiş, ən ali rəhbərlik səviyyəsinə yüksəlmişdir. Dahi şəxsiyyət respublikaya rəhbərliyinin ilk illərində qazanılan uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirmişdir. Onun yüksək təşkilatçılıq və idarəçilik məharəti nəticəsində Azərbaycan cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxmağa müvəffəq olmuşdur. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngi təmin edilmişdir. Ümummilli liderin respublikada apardığı genişmiqyaslı işlər, həyata keçirdiyi tədbirlər heyranedici, inamlı və qətiyyətli idi. Aparılmış təmir-tikinti, abadlıq işləri nəticəsində yeni-yeni istirahət guşələri, parklar salınmış, bütün park və xiyabanlar, məhəllədaxili meydançalar əsaslı təmir edilmişdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan ardıcıl, daxili və xarici siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə uğurlar əldə edilir, irimiqyaslı layihələr, dövlət proqramları həyata keçirilir, xalqın rifahı durmadan yüksəlir, şəhərlərin siması dəyişərək gözəlləşir.
Bakı şəhərinin mərkəzi hissəsində yerləşən Nəsimi rayonu ərazisində əhalinin sıxlığını, çoxsaylı mərkəzi icra strukturlarının, təhsil və səhiyyə ocaqlarının, idman obyektlərinin, küçə və parkların, istirahət ocaqlarının və mehmanxanaların, digər ölkə əhəmiyyətli ifrastrukturların yerləşdiyini nəzərə alaraq sakinlərin, şəhərimizdəki qonaq və turistlərin Nəsimi rayonu ilə bağlı gözoxşayan təəsüratlarının yaranması üçün müvafiq tədbirlərin görülməsini zəruri edir.
Bununla bağlı olaraq Nəsimi rayonunda geniş miqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri vüsət almışdır.
14 iyul - Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin ildönümümünasibəti ilə Nəsimi rayonu İcra Hakimiyyəti tərəfindən I mikrorayon ərazisində yerləşən park əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilmişdir.
Azərbaycanın Milli Qəhrəmanı Asif Yusif oğlu Məhərrəmovun adını daşıyan küçədə yaşayış binalarının qarşısında yerləşən 5.500 kv m ərazisi olan parkda əsaslı təmir başa çatmışdır.
Parkın ətrafındakı yaşayış binalarının fasadları - Moskva 96 ünvandakı 16 mərtəbəli yaşayış binasının 14.000 kv.m fasadı, Moskva prospekti 92, A.Məhərrəmov küçəsi 47, 20 Yanvar küçəsi 2/51 ünvanlardakı hər birinin fasadı 5.800 kv.m olan 3 ədəd 5 mərtəbəli yaşayış binalarının fasadları təmir olunmuşdur. Binaların girişlərinə yeni qapılar qoyulmuş, pəncərələri yeniləri ilə əvəz olunmuşdur.
Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün hər biri 20 kv.m olan 3 ədəd söhbətgah, skamya oturacaqları quraşdırılmışdır. Həmçinin sakinlərin idmanla məşğul olmaları üçün 10 ədəd Türkiyə istehsalı olan idman qurğuları, azyaşlı uşaqlar üçün sahəsi 350 kv.m olan Türkiyə istehsalı xüsusi əyləncə avadanlıqlarından ibarət meydança salınmışdır. Parkda 2000 kv.m yaşıllıq, 25.000 gül kolu əkilmişdir. Parkda gözoxşayan müxtəlif dekorativ kompozisiyalar quraşdırılmışdır.
Yaşıllıqların qorunub saxlanılması üçün suvarma sistemi çəkilmişdir. Parkın ərazisinə 3500 kv.m tamet daşı döşənilmiş, 500 m bardür qoyulmuşdur. Parkın ərazisi gecə işıqlandırması ilə təmin edilmiş, xarici istehsal olan yeni işıq dirəkləri quraşdırılmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün ictimai iaşə xidməti yaradılmışdır.
Yeni parkın açılış mərasimində iştirak edən sakinlər, ağsaqqallar yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.