Salyanda qanunsuz ceyran ovlayan şəxslər tutulub.
Daxili İşlər Nazirliyindən Aktual.az-a verilən məlumata görə, Salyan rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də Şirvan Milli Parkının əməkdaşları - Şəkərli kənd sakinləri Səyyar Nəcəfovun, İntiqam Ağasıyevin və İslam Rzayevin həyətyanı sahələrinə baxış zamanı 10 ədəd ceyran dərisi, 5 ceyran kəlləsi, 1 baş diri ceyran balası və 1 ədəd "TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb. Hər 3 şəxs tutulub.
Faktla əlaqədar cinayət işi başlanıb.
Aktual.az
Xəbər 242 dəfə oxunub.