Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının gündəliyi açıqlanıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, parlamentin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, fevralın 1-də keçiriləcək ilk iclasın gündəliyinə 16 məsələnin müzakirəsi daxil edilib.
Onun sözlərinə görə, iclasda Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi, komitələrin yeni üzvlərinin təsdiqlənməsi, həmçinin parlamentin 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planının təsdiq olunması məsələlərinə baxılacaq.
Bundan başqa, gündəliyə Azərbaycanın bir neçə ölkələrlə imzaladığı hökumətlərarası sazişlərin təsdiqi məsələsi daxil edilib.
Eyni zamanda, iclasda "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlara, Miqrasiya, Cinayət Prosessual və İnzibati Xətalar məcəllələrinə, eləcə də bir sıra qanunlara əlavə və dəyişikliklər edilməsi məsələlərinə baxılacaq.