Azərbaycan Milli Məclisinin növbəti plenar iclası öz işinə başlayıb.
APA-nın məlumatına görə, iclası açıq elan edən Milli Məclisin sədri Oqtay Əsədov xanım deputatları və parlamentin xanım əməkdaşlarını 8 Mart - Qadınlar Günü münasibətilə təbrik edib.
İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) hesabatının dinləniləcəyi iclasın gündəliyinə 17 məsələ daxildir.