Milli Məclisin sədri deputatlara irad tutdu

Milli Məclisin sədri deputatlara irad tutdu

Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputatlara irad tutub.

Aktual.az Trend-ə istinadən bildirir ki, O.Əsədov deputatlara iclasın gündəliyinə daxil olan məsələlər haqqında danışmağı tövsiyə edib.

O qeyd edib ki, əsas məsələlər qalıb bir kənarda, deputatlar başqa məsələlər haqqında danışırlar: "Növbədənkənar sessiyanın məqsədi iqtisadiyyatı yaxşılaşdırmaq üçün daxil olan qanun layihələrini qəbul etməkdir".

Qeyd edək ki, iclasın gündəliyinə Vergi və İnzibati Xətalar məcəllələrinə, "Əmanətlərin sığortalanmsı haqqında", "Əmanətlərin tam sığortalanması haqqında" və "Valyuta tənzimi haqqında" qanunlara dəyişikliklər daxil edilib.

Xəbər 684 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR