Milli Məclisin saytı sındırılıb.
Aktual.az-ın ans press-ə istinadən məlumatına görə, bu gün Ermənistan KİV-də Azərbaycan qanunverici orqanı - Milli Məclisin "Armenian Cyber Army" xaker qrupu tərəfindən sındırıldığı haqda informasiya yayıblar.
Xaker qrupunun yaydığı məlumata görə, iki günlük cəhdlər nəticəsində rəsmi saytın fəaliyyəti dayandırılıb.
Məsələ ilə bağlı Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu ilə əlaqə yaradılsa da, o bu gün qeyri-iş günü olduğundan bununla bağlı heç bir məlumat verə bilməyəcəyini deyib.
Hazırda internet səhifəsi işləmir və sayta daxil olan zaman aşağıdakı formada bildiriş verilir:
Aktual.az