Milli Məclisin növbəti iclasında 7 məsələyə baxılacaq

Milli Məclisin növbəti iclasında 7 məsələyə baxılacaq

Milli Məclisin aprelin 26-da keçiriləcək plenar iclasının gündəliyinə 7 məsələnin müzakirə edilməsi təklif edilib. 

Aktual.az Report-a istinadən xəbər verir ki, parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, iclasda ilk olaraq İnsan Alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək.

Daha sonra "Uşaq hüquqları haqqında" yeni qanun layihəsi, eləcə də "Telekommunikasiya haqqında", "Kütləvi informasiya haqqında", "Polis haqqında", "Cinayət işlərinə dair hüquqi yardım haqqında" və "Cinayət törətmiş şəxslərin verilməsi haqqında" qanunlarda dəyişikliklər edilməsinə baxılacaq.

Qeyd edək ki, İnsan Alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazov təqdim edəcək. Hesabatda il ərzində insan alveri və ona qarşı mübarizə ilə bağlı konkret statistika əks olunub.

Xəbər 476 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR