Bu gün Milli Məclisin növbədənkənar iclası öz işinə başlayıb.
Aktual.az Trend-ə istinadən bildirir ki, iclasın gündəliyinə Vergi Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, Miqrasiya Məcəlləsinə, Mülki Məcəlləyə, eləcə də "İcra haqqında" və "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanunlara dəyişikliklər daxildir.