Milli Məclisin növbədənkənar iclasının gündəliyi məlum olub

Milli Məclisin növbədənkənar iclasının gündəliyi məlum olub

Azərbaycan Milli Məclisinin sabah keçiriləcək növbədənkənar xüsusi iclasının gündəliyinə beş məsələ daxildir.


Aktual.az APA-ya istinadən xəbər verir ki, parlamentdən verilən məlumata görə, bunlar Vergi və İnzibati Xətalar məcəllələrinə, “Əmanətlərin sığortalanmsı haqqında”, “Əmanətlərin tam sığortalanması haqqında” və “Valyuta tənzimi haqqında" qanunlara dəyişikliklər layihəsidir.

Qeyd edək ki, Milli Məclis hazırda tətildədir. Parlament ötən il dekabrın 30-da qış sessiyasının sonuncu plenar iclasını keçirib. Yaz sessiyasının ilk plenar iclasının fevralın 1-də keçirilməsi planlaşdırılmışdı.

Xəbər 577 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR