Milli Məclisin aprel ayı üçün nəzərdə tutulan plenar iclaslarının vaxtı açıqlanıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, gələn ay plenar iclaslar aprelin 5-i, 15-i və 26-na planlaşıdırılıb.
Aprelin 5-nə keçirilməsi nəzərdə tutulan iclasın gündəliyi hələlik məlum deyil. Lakin müzakirəsi təxirə salınan İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2015-ci il üzrə illik məruzəsinin aprelin 5-də deputatların müzakirəsinə verilməsi gözlənilir.
Qeyd edək ki, iclasın tarixləri dəyişdirilə də bilər.