Milli Məclisin iclasları təxirə salınacaq

Milli Məclisin iclasları təxirə salınacaq

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 növbəti ay Azərbaycanda keçiriləcək. Noyabrın 11-22-də Bakıda baş tutacaq beynəlxalq tədbirdə dünyanın bir çox liderlərinin iştirakı gözlənilir. Beynəlxalq tədbir zamanı parlament nümayəndələrinin də aktiv iştirakı planlaşdırılır.
Aktual.az xəbər verir ki, bu səbəbdən Milli Məclisin plenar iclaslarının ertələnəcəyi gözlənilir.
Parlamentarilərin tədbir böyunca müxtəlif mövzularda aktiv çıxışlar ediləcəyi bildirilir.
Qeyd edək ki, 1992-ci ildə üzv ölkələr Təşkilatın İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasını qəbul edərək gələcəkdə onun daha da fəal tədbirlər həyata keçirilməsi üçün əsas olacağını təsdiq ediblər.
Ötən il COP28 Birləşmiş Ərəb Əmirliklərində keçirilib. 2023-cü il dekabrın 11-də keçirilən plenar iclasda konfransın Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilib. Şərqi Avropa Qrupunun üzvü olan dövlətlər, o cümlədən Ermənistan COP29-a rəsmi Bakının ev sahibliyi etməsini dəstəkləyiblər.
Azərbaycanın ev sahibliyi edəcəyi tədbirdə 80 minə yaxın şəxsin iştirakı gözlənilir.
Xəbər 532 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR