Azərbaycan Milli Məclisinin 2016-cı ildə ilk iclası fevralın 1-də olacaq.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, parlamentdən verilən məlumata görə, yaz sessiyasında komitələr yanvarın 11-dən işə başlayacaq.
Komitələrin birgə iclası çərçivəsində ilk plenar iclasın gündəliyi müəyyənləşəcək. Yanvarın 15-i isə Milli Məclisdə yaz sessiyası üçün akkreditasiya olunacaq KİV üçün son vaxtdır.