Milli Məclisdə Rəsulzadə ilə bağlı - Müzakirə

Milli Məclisdə Rəsulzadə ilə bağlı   - Müzakirə

Bu gün Milli Məclisin iclasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin təhqir edilməsi məsələsi müzakirə olunub.


Aktual.az-ın AzNews.az-a istinadən məlumatına görə, deputat Fazil Mustafa digər millət vəkili Naqif Həmzəyevin Rəsulzadə haqda təhqiramiz fikir söyləməsinin yolverilməz olduğunu bildirib: “Hər hansı tənqidi fikirlər səslənə bilər. Amma təhqirə yol vermək olmaz. Tənqidlərdən sonra Rəsulzadənin büstündən çuvalın çıxarılması yaxşıdır. Biz Heydər Əliyevə qarşı kəskin mübarizə aparmışıq, amma Heydər Əliyev Əbülfəz Elçibəy vəfat edəndə gəlib onun başı üzərində dayandı. Heydər Əliyevə cəbhəçilərin münasibəti tam dəyişdi. Milli Məclisdə Rəsulzadənin təhqir olunması ilə bağlı məsələyə münasibət bildirilməlidir”.

Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov cavab olaraq qeyd edib ki, Naqif Həmzəyev müsahibəsində belə fikir söyləmədiyini deyir: “Naqif Həmzəyev deyib ki, belə fikir söyləməyib, fikirləri kontekstdən çıxarılıb. Dəqiqləşməmiş məsələyə biz nə münasibət bildirək? Qəzet redaksiyası ilə deputat oturar, məsələni aydınlaşdırar, sonra münasibət bildirilər”.

Xəbər 627 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR