Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Milli Məclisdə xüsusi müzakirələrin keçirilməsi təklif edilir.
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bu gün keçirilən plenar iclasda deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ Milli Məclisin gündəliyinə daxil edilməlir: “Biz ölkənin tanınmış ziyalılarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Milli Məclisdə Dağlıq Qarabağla bağlı xüsusi müzakirələr keçirməli və dünya ictimaiyyətinə çatdırmalıyıq ki, Azərbaycan işğal fakti ilə barışmaq imkanında deyil”.
Q.Həsənquliyev deyib ki, Ermənistan ordusu hər gün itkilər verməlidir: “Ordumuz Azərbaycanın işğal edilmiş ərazilərindəki işğalçı qüvvələri mütəmadi olaraq məhv etməlidir. Bunun nəticəsidir ki, Ermənistanda əhali panika içindədir, əhali Ermənistandan qaçır, ildə 100 minə qədər insan ölkəni tərk edir”.\trend
Aktual.az