Milli Məclisdə 16 məsələyə baxılacaq

Milli Məclisdə 16 məsələyə baxılacaq

Milli Məclisin mayın 6-da keçiriləcək iclasının gündəliyinə 16 məsələ daxil edilib.

Aktual.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

O, bildirib ki, Ali Məhkəmə hakimlərinin təyin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin hakiminin təyin edilməsi məsələləri iclasın gündəliyinə daxil edilib.

Həmçinin bir neçə hökumətlərarası sazişlərin təsdiq edilməsi də gündəlikdə nəzərdə tutulub. Bunlar "Azərbaycanla Türkiyə arasında texniki əməkdaşlıq haqqında" Protokolun təsdiq edilməsi, hər iki ölkə arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Sazişin təsdiq edilməsi, Azərbaycanla Ruminya arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında Sazişin təsdiq edilməsi və digər məsələlər.

Bir sıra qanunlara əlavə və dəyişiklər də iclasın gündəliyinə salınıb.

Miqrasiya Məcəlləsi, Vergi Məcəlləsi, Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, “Sosial Sığorta haqqında” Qanuna, “Gömrük tarifi haqqında” Qanuna, “Banklar haqqında” Qanuna da dəyişiklər nəzərdə tutulub”.

Eyni zamanda iclasda “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqılbnda” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılacaq.

Xəbər 494 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR