Milli Məclis tətilə çıxdı

Milli Məclis tətilə çıxdı

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, iyunun 24-də parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.

Sessiya Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb. Bununla da Milli Məclis tətilə çıxıb.

Milli Məclisin iclası cəmi 40 dəqiqə davam edib.

Xatırladaq ki, növbədənkənar sessiyasının sonuncu plenar iclasında Vergilər, Miqrasiya, İnzibati Xətalar, Mülki məcəllələrə və "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna əlavə və dəyişikliklər edilib.

Xəbər 291 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR