Milli Məclisin Hesablayıcı və İntizam komissiyalarının yeni tərkibi müəyyənləşdirilib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Hesablayıcı Komissiyasının yeni tərkibində Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rəfael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva, Mixail Zabelin təmsil olunacaqlar.
İntizam Komissiyasının tərkibi Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadədən ibarətdir.
Hər iki komissiyanın yeni tərkibi səsə qoyularaq təsdiq edilib.
Aktual.az
Xəbər 398 dəfə oxunub.