Milli Məclis antidempinq haqqında qanunu qəbul etdi

Milli Məclis antidempinq haqqında qanunu qəbul etdi

Milli Məclis bu gün keçirilən plenar iclasında "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə iclasda bildirib ki, qanun layihəsi yerli istehsalçıları vicdansız rəqabətdən, dempinqdən və (malın ölkəyə normal dəyərindən aşağı qiymətə idxalı) Azərbaycana subsidiyalaşdırılmış idxaldan qorunmağa kömək edəcək.

Qanun layihəsi dempinq faktlarının aşkar olunması üzrə yardım tədbirlərini ehtiva edir. Belə faktların aşkar edilməsi zamanı həmin məhsulun ölkəyə idxalı üçün gömrük rüsumunun həcminin dempinq marjası həcmində artırılması nəzərdə tutulur.

Z.Səmədzadənin sözlərinə görə, Azərbaycan 140-dan artıq ölkə ilə əməkdaşlıq edir və onların çoxunda belə qanun tətbiq edilir: "Lakin bəzi tərəfdaşlarımız bağlanmış sazişlərə baxmayaraq, dempinq siyasətini tətbiq edir. Qanun layihəsi Ümumdünya Ticarət Təşkilatının norma və prinsiplərinə, eləcə də Azərbaycan qanunvericiliyinə müvafiqdir".

Xəbər 428 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR