Gültəkin Hacıbəyli feysbukda status yazıb. Nöqtəsinə, vergülünə toxunmadan diqqətinizə çatdırıram: "Ayrı-ayrı siyasi partiyalar, təşkilatlar, bloqerlər, jurnalistlər, ictimai fəallar bizdən – Milli Şuradan mitinq tələb edirlər. Bu isə sevindiricidir. Çünki, protest güc mərkəzinin doğru ünvanını artıq hamı etiraf edir”
***
Bu diletant siyasətçığaza bir neçə konkret sualım var:
Birincisi – "Milli Şura”ya mitinq üçün hansı partiya müraciət edib? Uqandadadkı "Karpunşapur” partiyasımı? Yoxsa Yupiterdə yadplanetlilərin yeni yaratdığı "Yalançınınüzünələnət” partiyasımı?
İkincisi – Xəyal ürünü olan "Milli Şura”nın tərkibində Xalq Cəbhəsindən savayı hansı təşkilat var? Varsa adı nədir? (Qubadın təşkilatını demə. Çünki 2.5 adamdan ibarətdi. Özü+özü+yarımçıq özü)
Üçüncüsü – "Milli Şura”nın İNKOGNİTO sədri haralardadır və London küçələrində sülənməkdən başqa hansı işə baxır?
Dördüncüsü – "Milli Şura” ümumiyyətlə nədir? Harada və nə cür mövcuddur? Yeməlidirmi, içməlidirmi, almalıdırmı, satmalıdırmı, piştaxtadadırmı, restoran masalarının altındadırmı? Bəlkə şirkətdi, sabun firmasıdı, səyahət agentliyidir, media qurumudur, ya da nə bilim avtomobil detalları satan dükan-filandır? Deyin, biz də agah olaq.
Beşincisi – Bildiyim qədər özün də havada olan təşkilatın havada olan koordinasiya mərkəzinin havalı üzvüsən. Ona görə maraqlı gəldi. Sən canı, nə mərkəzdi o? Nəyi koordinasiya edir? Cəmilin beynəlxalq turnelərinimi? İşverənlərin, donos paylayanların bölgüsünümü? Trolların yerdəyişməsinimi? Erməni diasporasından gələn paralarımı? Yoxsa milli maraqların satışı üzrə ixtisaslaşdırdığınız kadrların fəaliyyət planınımı?
Nəhayət, altıncısı – Beşi sıfıra vuranda neçə edir? Ya da sıfırı beşə vuranda?
P.S. Bu suallardan birinə cavab verə bilsən, sənə Əli Kərimlinin müəllifliyi ilə yeni çapdan çıxmış "Yuxu yozmaları” kitabını hədiyyə edəcəm.
Elşən Musayev,
Milli Məclisin deputatı.
Xəbər 479 dəfə oxunub.