Milli komandamızda kütləvi yoluxma (ADLAR)

Milli komandamızda kütləvi yoluxma (ADLAR)
  • İDMAN

Cüdo millimizdə koronavirusa kütləvi yoluxma halı baş verib.
 
Aktual.az xəbər verir ki, bu haqda "A Bola" nəşri məlumat yayıb. Portuqaliyada keçiriləcək Qran-Pridə iştirak etmək üçün Almada şəhərinə yollanan komandamızın 5 üzvünün infeksiyaya yoluxduğu aşkarlanıb. Bununla yanaşı 9 nəfərin peyvənd olunmadığı bildirilib.
 
Artıq Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytı koronavirusa yoluxan cüdoçularımızın adlarını açıqlayıb. Məlum olub ki, Yaşar Nəcəfov (66 kq), Zaməddin Poladov (73 kq), Rüfət İsmayılov (90 kq) və İmran Yusifovun (+100 kq) COVID-19 testi müsbət nəticə verib. Onların adları yarışın iştirak ərizəsindən çıxarılıb və bir saat sonra başlayacaq püşkatma mərasimində olmayacaq.

Beləliklə, Azərbaycan turnirdə 6 kişi, 3 qadın idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, 28-30 yanvarda keçiriləcək Qran-pridə Azərbaycanı 13 cüdoçu təmsil etməli idi.
 
Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR