Milli cizgi filmlərinin çəkilməsi məsələsində dövlət öz mövqeyini ortaya qoymalıdır.
Aktual.az Trend-ə istinadən bidirir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
Onun sözlərinə görə, cizgi filmləri və kadrlarının hazırlanması ilə bağlı Şura tərəfindən dəfələrlə ali instansiyalara müraciət edilib: "Biz əvvəl kadr çəkməliyik ki, sonra film hazırlaya bilək. Dəfələrlə bununla bağlı pulun ayrılması üçün müraciət etmişik. Biz buna görə Şuraya pulun ayrılmasını istəmirik. Pulu müvafiq qurumlara, Mədəniyyət və Turizm Nazirliyinə ayırsınlar".
Şura sədri sonra qeyd edib ki, "Space" kanalında yayımlanan "Sevimli şou" verilişinin də bağlanması barədə qərar verilib: "Biz şou verilişlərinin tam əleyhinə deyilik. Amma indi efirə verilən verilişlərdə şou verilişlər bayağı lətifələr üzərində qururlar".
N.Məhərrəmli bildirib ki, "Sevimli şou" verilişinin formatı və aparıcısı dəyişdiriləcək.