Millət vəkilinin təşəbbüsü Türkiyədə dəstəklənib

Millət vəkilinin təşəbbüsü Türkiyədə dəstəklənib

Millət vəkili Q.Paşayevanın Ərzurumda Qarabağ parkı və Azərbaycan küçəsi təklifini bələdiyyə sədri dəstəkləyib.

Türkiyənin Ərzurum vilayətində konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva Ərzurum bələdiyyə başçısı Mehmet Sekmenle görüşüb. Ərzurum bələdiyyəsinin sədri son günlər ön cəbhədə yaşanan hadisələrə toxunaraq Azərbaycanda Vətən üçün şəhid olan qardaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik deyib.Azərbaycanın şəhidi bizim də şəhidimizdir deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyərək bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq. Ərzurum bələdiyyə başqanına təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva son günlər qardaş Türkiyədə terror aktları zamanı və ya terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyiblər.Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Ərzurumun da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən Qənirə Paşayeva yaxın zamanlarda Ərzurumun mərkəzi parklarından birinə “Qarabağ” adının veriləcəyinə və orada şəhidlərimizin xatirəsinə “Şəhidlər” abidəsinin qoyulacağına, mərkəzi küçələrdən birinə isə Azərbaycan adının veriləcəyinə inandığını deyib və bələdiyyə tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Q.Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıblar. Azərbaycanı çox sevdiyini deyən Ərzurum bələdiyyə başqanı Mehmet Sekmen Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Ərzurum bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib.O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Bələdiyyə başçısı hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və millət vəkili Qənirə Paşayevanın Ərzurumda Azərbaycan küçəsi, Qarabağ parkı və Şəhidlər abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib.Ərzurum bələdiyyə başçısına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Ərzurumun da yer alacağını bildirib: “Azərbaycan insanına Ərzurumu daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək”. Ərzurum bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Ərzurum bələdiyyə başkanı Mehmet Sekmen dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib. Millət vəkili Q.Paşayeva bələdiyyə başqanına və bələdiyyə məclis üzvlərinə həmmüəllifi olduğu imzalı “Karabağ hikayeleri” kitabını hədiyyə edib.

Xəbər 662 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR