Qüdrət Həsənquliyevin bacısı Gülövşə Həsənquliyeva vəfat edib
Növbətçi Azərbaycan Milli Məclisinin üzvü, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP) Qüdrət Həsənquliyevin bacısı Gülövşə Həsənquliyeva vəfat edib. ANSPRESS-in məlumatına görə, bu barədə xəbəri BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı sosial şəbəkədəki səhifəsində yayıb. Açıqlamada mərhumənin 3 mərasiminin sabah Təzəpir məscidində olacağı bildirilib.
“Bacımız Gülövşə Həsənquliyevanı itirdik... "Üç" mərasimi Mart ayının 23 Təzəpir məscidin də olacaq... Azərbaycan xalqının ən dəyərli həkimlərindən biri, böyük İNSAN, yüzlərlə insana şəfa verən bacımız Gülövşə Həsənquluyevanı itirdik...Gülövşə bacı tək həsənquliyevlər ailəsinin itkisi deyil, o, ümümülikdə Azərbaycan xalqının itkisidir. Allah bacımıza qəni-qəni rəhmət eləsin! Məkanı cənnət olsun... Əzizi dostlar, Gülövşə Həsənquliyevanın "Üç" mərasimi Mart ayının 23 Təzəpir məscidin də olacaq...” – deyə Orduxanlı açıqlamasında bildirib.
Allah rəhmət eləsin.