Millət vəkilindən türkiyəli həmkarına "biz də sizin qədər üzüldük" - Mesaj

Millət vəkilindən türkiyəli həmkarına

Millət vəkili Q.Paşayeva Türkiyə Böyük Millət Məclisinin Bayburtdan olan millət vəkili Karabey Kadri Karaoğlu ilə görüş zamanı son günlər terror hadisələri nəticəsində şəhid olmuş əsgər və polislərlə bağlı başsağlığını çatdırıb və insanlarımızın üzüntülərini paylaşır və terroru kəskin pisləyirik deyib. 
Aktual.az xəbər verir ki, o, bir daha belə terror olaylarının yaşanmamasını diləyirik deyb. Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyən millət vəkili Qənirə Paşayeva getdikcə daha da gərginləşən bir bölgədə Azərbaycan və Türkiyə olaraq birlik və bərabərliyimizi daha da gücləndirməliyik deyib. 
 
Görüş zamanı Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlaması,qondarma erməni soyqırımı iddiaları ilə bağlı da geniş müzakirələr aparılıb və millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizədə də xaricdə yaşayan insanlarımızla birlikdə səylərimizi daha da artırmalıyıq deyib. 
 
Türkiyə Böyük Millət Məclisinə seçkilər başa çatdıqdan sonra Parlamentlərarası Dostluq Qrupları formalaşmağa başladığı zaman ilk öncə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna üzv olduğunu söyləyən Karabey Kadri Karaoğlu Azərbaycanı çox sevdiyini, əməkdaşlığın inkişafına böyük önəm verdiyini və öz fəaliyyəti dövründə bu istiqamətdə yorulmadan çalışaçağını deyib. Azərbaycanın Qarabağ ağrısı bizim də ağrımızdır və fəaliyyətim dövründə bu məsələ bir Azərbaycanlı millət vəkili qədər mənim də diqqətimdə olacaq deyən Karabey Kadri Karaoğlunu millət vəkili Qənirə Paşayeva Azərbaycana dəvət edib. Dəvəti böyük məmuniyyətlə qəbul edən Karabey Kadri Karaoğlu yaxın zamanlarda ölkəmizə gələcəyini deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Karabey Kadri Karaoğluna Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və özünün müəllifi olduğu kitabları hədiyyə edib.
 
Xəbər 953 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR