Q.Paşayeva AŞPA-da Ermənistan millət vəkili Zöhrabyana sərt cavab verərək işğalçı ölkənizin barbarlıqlarından danışsanız daha yaxşı olar deyib.
Bu gün AŞPA-da “Mədəniyyət və Demokratiya” adlı məruzə ətrafında müzakirələr zamanı çıxış edən millət vəkili Q. Paşayeva Azərbaycan və Türkiyə əlehinə yalan və böhtanlarla dolu çıxış edən Ermənistan nümayəndə heyətinə sərt cavab verib və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, məscidləri, qəbirstanlıqları dağıtması ilə bağlı geniş çıxış edib:”İşğalçı Ermənistanın nümayəndə heyətinin üzvüləri, nümayəndə heyəti üzvü Zöhrabyan işğalçı ölkəsinin işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından danışsa daha yaxşı olardı. Onun burada Azərbaycanla bağlı səsləndirdiyi bütün məlumatlar yalandır və gerçəklə heç bir əlaqəsi yoxdur. Və belə vacib bir mövzunun müzakirəsi zamanı Ermənistan heyəti üzvlərinin, Zöhrabyanın ölkəm əlehinə nifrət dolu çıxışına etiraz edir və kəskin qınayıram. Qeyd etmək istəyirəm ki Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, məscidləri, qəbiristanlıqları məhv edərək azərbaycanlılara məxsus bütün izləri yox etməyə çalışır və bu çox dəhşətlidir. Düşünə bilirsinizmi, Ermənistan azərbaycanlılara məxsus qəbirstanlıqları belə dağıdaraq Azərbaycanın, azərbaycanlıların tarixini tamamilə silmək istəyir işğal etdiyi ərazilərdə. Onlar Azərbaycan tarixi, mədəniyyəti ilə bərabər dünya mədəniyyətinə də böyük zərbə vururlar və harada kimlər tərəfindən törədilməsinə baxmayaraq Assambleyamız bu cür məsələlərə kəskin etiraz səsibi ucaltmalı və bu kimi vandalizm aktlarını dayandırmağı tələb etməlidir, bunu törədənlərə qarşı ciddi mübarizə aparmalıdır. Əgər siz gerçəkləri video və fotogörüntülərlə görmək istəyirsinizsə, mən onları sizə göstərə və təqdim edə bilərəm. Bir xalq başqa bir xalqın tarixinə, mədəniyyətinə sayğı göstərmirsə sonrası bu kimi üzücü hadisələrlə nəticələnir. Mənim ölkəm Azərbaycan isə müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkədir və mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir və bu istiqamətdə çoxlu sayda beynəlxalq tədbirlərə, forumlara, seminarlara ev sahibliyi edir. Bu gün Azərbaycan əsl mədəniyyətlərarası dialoq məkanına çevrilib deyən millət vəkili Q. Paşayeva həyata keçirilən işlər, multukulturalzm mərkəzinin yaradılması, həyata keçirilən layihələr barədə də geniş danışaraq Azərbaycanın bu məsələlərdə dünyada ən yaxşı örnək ölkələrdən biri olduğunu deyib. Millət vəkili Q.Paşayeva Azərbaycanın mədəniyyətlərarası dialoqla bağlı gördüyü böyük işlərin beynəlxalq təşkilatlar tərəfindən də hər zaman yüksək qiymətləndirdiyini vurğulayıb.