Rominqdə olan abunəçilərə Azercell-dən Novruz hədiyyəsi

Rominqdə olan abunəçilərə       Azercell-dən Novruz hədiyyəsi

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC bu dəfə Novruz Bayrami ilə əlaqədar rominqdə olan abunəçiləri üçün endirim etdi. Belə ki,18 – 31 Mart 2015 tarixlərdə rominq xidməti çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində daxil olan zənglər üçün Azercell  abunəçilərinə xidmət haqqı tətbiq edilməyəcək. Əlavə olaraq Fakturalı xətt abunəçiləri “Etisalat” mobil operatorunun şəbəkəsində İnternet xidməti üçün endirimli tariflərdən faydalana biləcəklər. Abunəçilər 1 MB internet üçün ƏDV daxil 0,40 AZN ödəyəcəklər. 


Məlumat üçün bildirək ki,ötən ay Azercell rominqdə olan abunəçiləri üçün daha bir endirim həyata keçirib. Artıq rominqdə olan Azercell Fakturalı və Fakturasız xətt abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. Azercell, həmçinin, fakturalı xətt abunəçiləri üçün rominq  xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv etdi. Bununla da bütün Azercell abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rominq xidmətlərini aktiv edə bildilər. 


Onu da qeyd edək ki, 18 mart 2015 il tarixindən etibarən, həm də, “Hədsiz” tarif paketində olan və yeni aktiv olunan müştərilərə hər faktura dövrü ərzində beynəlxalq zənglər üçün 50 (əlli)  PULSUZ dəqiqə veriləcək və Rusiya, Türkiyə, Fransa, Böyük Britaniya və Almaniyada rominq zamanı edilən zənglərə 40% qədər endirimlər tətbiq olunacaq.


Hər zaman müştəri məmnuniyyətinə böyük önəm verən şirkət yaz mövsümü boyunca sərfəli kampaniya və endirimləri ilə öz abunəçilərini sevindirməkdə davam edəcək.  

Daha ətraflı məlumat üçün [email protected]


Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51.3% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.  


Xəbər 746 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR