Millət vəkili Tərtərdə

Millət vəkili Tərtərdə

Tərtərdəyik... Ön cəbhəmizdə

Ordumuzun aprelin 2-də işğaldan azad etdiyi Talış kəndi ətrafındakı yüksəkliklərin yaxınlığında... Bir neçə gün əvvəl bu yüksəkliklərin düşməndən azad edilməsində qəhrəmanlıq göstərərək şəhid olan tovuzlu Mirsalam qardaşımızın anasının xahişini bu istiqamətdə ön cəbhəmizi qoruyan dəyərli hərbiçilərimizə çatdıracağıma söz vermişdim, əziz şəhidimizin anası və atasına. “Təki Vətən sağ olsun, Vətən üçün şəhid olan oğlumla qürur duyuram”-, deyən ananın yalnız bir istəyi var: “Üzərində oğlunun qanı olan həmin yerlərin bir daha düşmənin əlinə keçməsinə imkan verilməsin!” Gözümüzün qabağında böyümüşdü Mirsalam. Hərb yolunu da torpaqlarımızı işğaldan azad etmək arzusu ilə seçmişdi. Axşam qaralırdı. Sanki Talış kəndi ətrafındakı yüksəkliklər məniə düşmən tapdağından azad etdiyiniz üçün “Sizə halal olsun!”-, deyə halallıq verirdi torpağa qoyulan şəhidlərimizə. İndi şəhidlərimizin qanı ilə daha da müqəddəsləşib bu yerlər.
1992-94 -cü illəri yaxşı xatırlayıram. Ermənistanın Ağdərəni işğal etdiyi zaman şəhid olan qohum və dostlarımın şəhid qanı var bu yerlərdə. Talış kəndini Ağdərə əməliyyatı zamanı azad edə bilsək də, az sonra Ermənisatan hərbi birləşmələri tərəfindən yenidən işğal olunmuşdu. Vətən torpağı kimi ən müqəddəs olmaqla yanaşı Talış kəndi ətrafındakı yüksəkliklərin strateji önəmi də çox böyükdür. Axşam düşür, şər qaralırdı. Biz isə kənardan Talış kəndi ətrafdakı yüksəkliklərə baxırdıq. Gözəl yaz qoxusu kənd qoxusuna qarışmışdı. Ətrafda qəribə bir hüzur vardı. İllər sonra buraları işğaldan azad olduğunu görmək böyük bir xoşbəxtlikdir, bizim üçün. Şəhidlərimizin ruhlarına dua oxuduq. İşğal altında olan digər torpaqlarımızın da işğaldan azad ediləcəyi günü görə bilməməz üçün də dua etdik Yaradan. Hamımız ön cəbhədə insanlarımızla görüşdük. Son hadisələrin gərginliyinə baxmayaraq, hamisi ruh yüksəkliyi içərisindədir. Qürurla dedilər ki, torpaqlarimizi azad etmək üçün hamımız Ali Baş Komandanın əmrində olan əsgərlərik. Ermənistanın vaxtaşırı törətdiyi təxribatlara baxmayaraq, Tərtərin ön cəbhə kəndlərində yaşayan qəhrəman insanlarımız düşmənə böyük Vətən sevgisi, mərdliyi, mətanəti ilə layiqli cavab verirlər. Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla geniş söhbət edib, müzakirələr apardıq. Tərtəri gəzərkən rayonun son illər daha da inkişaf etməsinin şahidi olduq. Quruculuq işləri bu gün də davam edir. Ermənistan Hərbi Birləşmələrinin atəşkəsi pozaraq rayonu intensiv atəşəlrlə hədəfə alması nətcəsində evləri dağılmış ailələr “Biz düşməndən qorxmuruq, ordumuz düşmənə layiqli cavablar verir, dövlətimiz də dəstək olacaq evlərimizə dəyən ziyanın aradan qaldırılması üçün” deyirlər. Səfərboyu beynimdə səslənən dualarla gəzirəm: “Allah ön cəbhəmizdə yaşayan mərd insanlarımızı düşmənin fitmə-fəsadından qorusun”. Tərtərdə dəyərli şəhidimiz Nicat İsgəndərovun ailəsini də ziyarət etdik, qəhrəman şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr dilədik. Daha sonra Tərtərdə Ermənistan hərbi birləşmələrinin son günlər atəşkəsi pozaraq mülkü vətəndaşların yaşayış məntəqələrini hədəfə alaraq dağıtdığı ailələrlə söhbət etdik. Ermənistan silahlılarının atəşkəs dövründə qəfil hücumları zamanı uzaqvuran top atəşiylə qətlə yetirdiyi 16 yaşlı yeniyetmə Türanə Həsənlinin 7 mərasimində iştirak edib, əzizlərinə başsağlığı verərək səbr dilədik. Şəhidlərimizin yaxınlarının ağrı-acısını gördükcə təəssüf etdik ki, Ermənistan və ermənilər heç bir zaman öz çirkin əməllərinin mahiyyətlərindən, mülkü vətəndaşlara qarşı insanlıqdan kənar əməllərindən əl çəkmirlər. Türanə Həsənli Kəlbəcərin Ermənistan tərəfindən işğalı nəticəsində öz evindən köçkün düşmüş Tərtərin Həsənqaya kəndində yuva qurmuş bir ailənin övladıdır. Amma işğalçı Ermənistan onu burada da rahat yaşamağa qoymadı. Anası 16 yaşlı Türanənin mərmi zərbəsindən gözləri qarşısında hansı vəziyyətə düşməsini anlatdığı zaman dinləyən insanın ürəyi parçalanır, dözmürdü... Övladı gözləri önündə faciəli şəkildə həlak olan ana üçün bunun nə qədər böyük bir dərd olduğunu söyləməyə gərək yoxdur. Xeyli söhbət etdik. Dərdini bir az da olsa, paylaşmağa çalışdıq. Söhbət zamanı əzizinin paramparça olmuş bədənini əlləriylə toplayıb kəfənləyən mərd və mətanətli ana dedi ki, buralardan heç yerə gedən deyilik. Bizi bir dəfə öz evimizdən didərgin salıblar amma daha heç yerə getmərik deyir. Hüzünlü səsiylə “Çox şükr artıq Azərbaycanın güclü ordusu var və düşmənin hər bir təxribatına qarşı layiqli cavab verirlər” inamla deyir Türanənin əziz valideynləri.
Əziz dostlar, Ermənistanın mülkü vətəndaşlarımıza qarşı törətdiyi cinayətləri və son 10 gündə qətlə yetirdikləri və yaraladıqları mülkü vətəndaşlarımızla bağlı məsələləri bütün dünyaya daha geniş duyurmalıyıq. Beynəlxalq təşkilatlar qarşısında bu istiqamətdə məsələlər qaldırmaqla yanaşı, beynəlxalq QHT-lər, KİV-lərə daha çox məlumat çatdırmalı, sosial mediada ermənilərin bu kimi insanlıqdan kənar əməllərini bütün dünyaya daha çox duyurmalıyıq. Bununla Ermənistanın, erməni diaspor, lobbi və havadarlarının Azərbaycan əlehinə apardıqları yalan, böhtan dolu təbliğata qarşı daha fəal mübarizə apara bilərik.
Tərtər-Kəlbəcər yolunda gedə biləcəyimiz ən son nöqtədəyik. Bir zamanlar getdiyimiz yollarla indi Vətənimizin gözəl bölgələrinə gedə bilməməyimizin acısı sıxır qəlbimizi... Geri döndüyümüzdə Tərtər-Kəlbəcər avtomobil yolunun Şıxarx kəndi ərazisində keçən hissəsinin əsaslını təmirini görürəm. Sanki içimdə bir səs “Az qaldı bu yolla yenidən Vətənin o gözəl guşələrinə dönəcəksiniz!”-, deyir. Və içimizdəki inam şəhidlərimizin verdiyi güclə daha da böyüdü. Şəhidlərin qanı Vətənin bayrağında əbədiləşib... Onların qanı yerdə qalmayacaq... Tökülən hər damla şəhid qanının qisası tezlklə alınacaq. Biz hamımız torpaqlarımızın hamısını azad edəcəyimizə və o günün uzaqda olmadığına inanırıq. Nur içində yatsın şəhidlərimiz.

Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR