Millət vəkili Tayland Parlament üzvlərini Xocalı Soyqırımını tanımağa çağırıb

Millət vəkili Tayland Parlament üzvlərini  Xocalı Soyqırımını tanımağa çağırıb

Millət vəkili Qənirə Paşayeva Tayland Parlament üzvlərini Xocalı Soyqırımını tanımağa çağırıb.


Millət vəkili Qənirə Paşayeva Taylandda Parlament üzvləri, millət vəkilləri Muk Sulaiman, Nattaya Benjasirivan, Farida Sulaiman da daxil olmaqla 10 millət vəkili, komitə sədri ilə görüşüb. Görüş zamanı millət vəkili Qənirə Paşayeva onlara Azərbaycan tarixi, mədəniyyəti, iqtisadiyyatı, Azırbaycan-Tayland münasibətləri ilə yanaşı Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə də bağlı geniş məlumatlar verib. O, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan bütün insanlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. O deyib ki, Taylandda Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə böyük ehtiyac var. Tayland millət vəkillərinə Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Azərbaycan-Tayland Parlamentlərarası Dostluq Qrupu barədə də məlumatlar verən millət vəkili Qənirə Paşayeva Tayland millət vəkillərini hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onları Azərbaycana dəvət edib. Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini, Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən Tayland millət vəkilləri millət vəkilindən Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, azərbaycanlı məcburi köçkünlərlə bağlı daha geniş məlumatlar istəyib və fikir mübadiləsi aparılıb. Tayland millət vəkilləri Azərbaycana gəlməkdən böyük məmuniyyət duyacaqlarını deyiblər və Azərbaycanla parlamentlərarası əməkdaşlığın inkişafı üçün səylərin artıracaqlarını deyiblər. Görüşün sonunda Qənirə Paşayeva onlara rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirəningilis dilində sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Bundan başqa Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları və tanınmış modelyer Gülnarə Xəlilovanın Azərbaycan mədəniyyətini özündə əks etdirən əl işləri Tayland millət vəkillərinə hədiyyə olunub

Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR