Millət vəkili: Slovakiyanın AŞPA-da Azərbaycan əlehinə səs verməsi çox ciddi məsələdir

Millət vəkili: Slovakiyanın AŞPA-da Azərbaycan  əlehinə səs verməsi çox ciddi məsələdir

AŞPA-da "Azərbaycann işğal altında olan Dağlıq Qarabağ və digər ərazilərində vəziyyətin gərginləşməsinə dair" sənədin səsverməsi zamanı bizi ən çox təccübləndirən və narahat edən ölkələrdən biri Slovakiya oldu.


Bu ölkənin nümayəndə heyətinin üzvləri nəinki ədalətin yanında olaraq Azərbaycanı dəstəkləmədilər hətta Azərbaycanın əlehinə səs verdilər. Hesab edirəm ki, Xarici İşlər Nazirliyimiz Slovakiyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələyə bu cür münasibətini ciddi şəkildə araşdırmalıdır. Bu ölkənin Azərbaycandakı səfiri nazirliyə dəvət olunmalı və Azərbaycanın etirazı ciddi şəkildə çatdırılmalıdır. Eyni zamanda bizim Slovakiya üzrə səfirimizlə də bu məsələ ciddi müzakirə edilməlidir və baş verənlərin səbəbləri ciddi araşdırılmalıdr. Hesab edirəm ki, Slovakiyanın AŞPA-da Azərbaycan üçün çox önəmli bir sənədin əlehinə səs verməsi çox ciddi məsələdir və rəsmi olaraq Nazirlik səviyyəsində və Milli Məclis səviyyəsində Slovakiyaya bu məsələ ilə bağlı etirazımızı da bildirməliyik. Eyni zamanda Slovakiya ilə bu mövzularla bağlı həm səfirliyimiz səviyyəsində həm də Parlamentlərarası Dostluq Qrupu səviyyəsində fəaliyyət və işlər daha da güclənməlidir.

Xəbər 618 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR