Millət vəkili Qənirə Paşayeva Qarabağdan danışıb - Macarıstan rəsmiləri ilə

Millət vəkili Qənirə Paşayeva Qarabağdan danışıb  - Macarıstan rəsmiləri ilə


Macarıstandda Turan Qurultayında iştirak edən millət vəkili Qənirə Paşayeva Macarıstan Parlamentinin vitse-spikeri Sandor Lezsak və Macarıstan Xarici İşlər nazirliyinin rəsmiləri ilə görüş zamanı Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyət, Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar barədə geniş məlumat verib. Hər zaman Qarabağ məsələsində, Xocalı soyqırımı həqiqətlərinin yayılmasında göstərdiyi dəstəyə görə təşəkkürünü bildirən xanım Paşayeva Qarabağ problemində dost Macarıstanın Azərbaycana dəstəyinin daha da artıracağına inandığını bildirib.

Azərbaycanın dost ölkə olduğunu və Azərbaycanla münasibətlərin bütün istiqamətlərdə daha da inkişafına böyük əhəmiyyət verdiklərini diqqətə çatdıran Macarıstan Parlamentinin vitse-spikeri Sandor Lezsakın və Macarıstan Xarici İşlər nazirliyinin rəsmiləri iki dost ölkə arasında əməkdaşlığın daha da genişlənəcəyini bildiriblər.

Millət vəkili Q.Paşayeva həmçinin Turan Qurultayının təşkilatçısı Macar Turan Vəqfinin rəhbəri Androş Biro ilə də görüşüb. Tədbirin böyük əhəmiyyətini vurğulayan millət vəkili Q.Paşayeva Macar Turan Vəqfi ilə Azərbaycan təşkilatları arasında əməkdaşlığın daha da genişlənməsinə ehtiyac olduğunu deyib.

Görüşdə qarşılıqlı əməkdaşlıq, həyata keçirilməsi nəzərdə tutulan yeni ortaq layihələr, ortaq tariximizin və mədəniyyətimizin öyrənilməsi, gənc nəsillərə çatdırılması, Azərbaycan həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə çatdırılması, Macarıstan mədəniyyətinin Azərbaycanda daha geniş tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər 1078 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR