Millət vəkili Q.Paşayeva Tovuzda müəllimləri Azərbaycan tarixi və çoğrafiyası fənninin tədrisinə xüsusi diqqət göstərməyə çağırıb.
Millət vəkili Q.Paşayeva Yeni Dərs İli və Qurban bayramı münasibəti ilə Tovuz rayonunda tarix və coğrafiya fənnini tədris edən müəllimlərlə görüşüb və geniş fikir mübadiləsi aparıb. Q.Paşayeva Tovuzda müəllimləri Azərbaycan tarixi və çoğrafiyası fənninin tədrisinə xüsusi diqqət göstərməyə çağırıb. Təssüf ki bütün şagirdlərimiz arasında tariximizin öyrənilməsi yüksək səviyyədə deyil. Amma hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini bilməlidir, ölkəsini dərindən tanımalıdır, coğrafiyasından xəbərdar olmalıdır Gənclərimizin tariximizi, ölkəmizin coğrafiyasını dərindən öyrənməsi üçün bu fənləri tədris edən müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyən millət vəkili Q. Paşayeva onları bu məsələyə həssaslığı daha da artırmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva bildirib ki şagirdlərimiz məktəb illərindən Qarabağ həqiqətlərini əzbər bilməlidirlər. Tarix müəllimləri onlarla Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı geniş məlumatları daim verməlidirlər və hər bir Azərbaycan gənci bunları əzbər bilməlidir. "Mən hesab edirəm ki, gənclər tələbə adını qazanmaq üçün bütün qruplar üzrə riyaziyyat fənn ilə bərabər Azərbaycan tarixi fənnində də imtahan versələr yaxşı olar" deyən millət vəkili Qənirə Paşayeva bu təklifi bir neçə dəfə səsləndirdiyini deyərək bildirib ki, Azərbaycan tarixi hər bir gəncimizin ən yaxşı oxuduğu fənn olmalıdır. Məktəblərimizə, məktəb kitabxanalarımıza, müəllim və şagirdlərə mütəmadi olaraq Azərbaycan tarixi, Qarabağ həqiqətləri ilə bağlı kitablar, tarixi əsər və romanlar hədiyyə edirik deyən millət vəkili Q.Paşayeva şagirdlərin onları oxumasına həvəsləndirmələrini müəllimlərdən xahiş edib və gənclərin tariximizi öyrənmələrinin nə qədər önəmli olması ilə bağlı fikirlərini söyləyib. Müəllimlərin suallarını da cavablandıran millət vəkili onlarla geniş fikir mübadiləsi aparıb və görüşün sonunda məktəblərə Azərbaycan tarixi, Qarabağ həqiqətləri ilə bağlı yeni kitablar da hədiyyə edilib.