Millət vəkili Q.Paşayeva Macarıstanın Buqaç və Kiskunfeledyhdza bölgəsinin rəhbərliyi ilə Qarabağdan danışıb.
Millət vəkili Q.Paşayevanın Macarıstanın Buqaç bölgəsinin Azərbaycan bölgələrindən biri ilə qardaşlamasının önəmi barədə fikirlərini mer Szabo Laszlo dəstəkləyib. Macarıstanda Turan Qurultayında iştirak edən millət vəkili Q. Paşayeva Macarıstanıın Kiskunfeledyhdza bölgəsinin meri Csanyi Jozsef və qubernator Rideq Laslo və Buğaç meri Szabo Laszlo ilə görüş zamanı Azərbaycan-Macarıstam münasibətləri, ölkəmizin dost Macarıstanla münasibətlərin inkişafına verdiyi böyük önəm, bu ölkədə keçirilən Turan Qurultayının vacibliyi ilə bağlı fikirlərini səsləndirib. Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyət, Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar barədə də danışan millət vəkili Q. Paşayeva Azərbaycan həqiqətlərinin, Qarabağ həqiqətlərinin, xüsusilə də Xocalı soyqırımı barədə həqiqətlərin Macarıstan ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması istiqamətində ortaq səylərin artmasının vacibliyini də vurğulayıb. Azərbaycanın dost ölkə olduğunu və Azərbaycanla münasibətlərin bütün istiqamətlərdə daha da inkişafına böyük əhəmiyyət verdiklərini deyən Buqaç və Kiskunfeledyhdza bölgəsinin rəhbərlikləri Azərbaycana səfər etmək və əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını vurğulayıblar. Görüşdə qarşılıqlı əməkdaşlıq, həyata keçirilməsi nəzərdə tutulan yeni ortaq layihələr, ortaq tariximizin və mədəniyyətimizin öyrənilməsi, gənc nəsillərə çatdırılması, Azərbaycan həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə çatdırılması, Macarıstan mədəniyyətinin Azərbaycanda daha geniş tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb. Millət vəkili Buqaç və Kiskunfeledyhdza bölgəsinin rəhbərliyinə Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı materialları təqdim edib.