Referendum üzrə təbliğat-təşviqat kampaniyası çərçivəsində Millət vəkili Jalə Əliyeva Zərdab və Ucar rayonlarında seçicilərlər bir sıra görüşlər keçirib. Editor.az xəbər verir ki, görüşlər Zərdab rayonun Şahhüseynli kəndində seçicilərlə, Mədəniyyət evində şəhər ictimaiyyətinin nümayəndələri ilə, Ucarda isə qadın seçicilərlər baş tutub. Görüşlərdə J.Əliyeva ilə yanaşı, millət vəkilləri Elman Nəsirov, Cavid Osmanov, Vüsal Hüseynov da iştirak edib.
Görüşlərdə çıxış edən Millət vəkili Jalə Əliyeva referendumla bağlı geniş izahat verərək bildirib ki, Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər müasir dövrün tələblərinin ortaya çıxardığı sosial sifarişdir. Deputat bildirib ki, referenduma çıxarılan əlavə və dəyişikliklər Azərbaycan vətəndaşlarının və dövlətinin maraqlarına xidmət etməklə, sürətlə inkişaf edən Azərbaycanın siyasi və iqtisadi uğurlarının Konstitusion əsaslarını möhkəmləndirməyə hesablanıb: “Bu dəyişikliklər Azərbaycanda siyasi və iqtisadi stabilliyin davamlılığını təmin etmək, dünyada cərəyan edən olduqca mürəkkəb proseslərin fonunda dövlətimizin milli təhlükəsizliyini qorumaq baxımından olduqca mühüm əhəmiyyət daşıyır”.
Deputat Jalə Əliyeva bütün seçiciləri ümümxalq sesverməsində aktiv iştirak edərək təklif olunan əlavə və dəyişiklikləri dəstəkləməyə çağırıb. Seçicilər referendumda Konstitusiya islahatlarını dəstəkləyəcəklərini bəyan ediblər.
Xəbər 944 dəfə oxunub.