Millət vəkili: “Bu 10 il ərzində ailənizin bir üzvü oldum”

Millət vəkili: “Bu 10 il ərzində ailənizin bir üzvü oldum”

 105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva ilə rayonun Əlimərdanlı kəndinin sakinləri arasında möhtəşəm görüş keçirilib.

Mən düz 10 il əvvəl seçki kompaniyası zamanı sizə vəd vermişdim ki, əgər mənə etimad göstərsəniz sizin sözünüzü, fikirlərinizi, problem və təkliflərinizi daim parlament tribunasından səsləndirəcəm, dövlət qrumları ilə onların həlli istiqamətində daim müzakirələr aparacam və onların öz həllini tapması üçün əlimdən gələni edəcəyəm deyən Qənirə Paşayeva millət vəkili olduğu dövrdə öz vədinə sadiq olduğunu bildirib. Bu 10 ildə mən sizi layiq olduğunuz səviyyədə və ləyaqətlə təmsil etmək üçün əlimdən gələni etdim deyən Qənirə Paşayeva 10 il ərzində görülən işlərlə bağlı geniş məlumat verib və bildirib ki, bu illər ərzində Əlimərdanlı kəndini də narahat edən problemlərin xeyli hissəsi öz həllini tapıb. Deputatlığa namizəd vurğulayıb ki, 10 illik fəaliyyəti dövründə Əlimərdanlı kənd sakinlərinin sağlamlıqla, təhsillə, şəxsi problemləri ilə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib, kənd sakinləri və ümumiyyətlə tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq. Qənirə Paşayeva gənclər arasında təhsilə və mütaliəyə daha böyük marağın yaradılması istiqamətində, gənclər arasında vətənpərvərliyin artması istiqamətində həyata keçirilən layihələrin nəticəsində rayondan Ali Hərbi Məktəbə və Hərbi Litseyə daxil olan gənclərin sayının hər il artdığını bildirib: “Bu gün Tovuz rayonu hərbi məktəblərə üz tutan gənclərin sayına görə ön sırada dayanır və bu bizim hamımızı sevindirir. Bizim həm savadına, həm də fiziki göstəricilərinə görə ən yaxşı gənclərimiz arasında hərbi məktəblərə üz tutanların sayının artması çox vacibdir və Tovuz gənclərinin bu istiqamətdə uğurları bizi sevindirir”. Millət vəkili gənclər arasında vətənpərvərlik ruhunun daha da artması istiqamətində Milli Qəhrəmanlarımız haqqında çəkilən filmlərin də böyük rol oynadığın deyib. Onun təşəbbüsü və dəstəyi ilə Tovuz rayonundan olan bütün milli qəhrəmanlar haqqında sənədli filmlərin çəkildiyini, onlara təqdimat mərasimlərinin təşkil olunduğunu və televiziya kanallarında nümayiş olunduğunu vurğulayan Qənirə Paşayeva gələcəkdə də torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğul və qızlarımız haqqında bu işlərin davam etməsinin zəruriliyini vurğulayıb. Qənirə Paşayeva Əlimərdanlı kəndinin və ümumiyyətlə Tovuz rayonun ziyalı rayonu olduğunu vurğulayaraq bildirib ki, rayonun tanınmış şairlərinin, ustad aşıqlarının, el şairlərinin 14-ə yaxın kitabının yüksək səviyyədə nəşr olunması, təqdimat mərasimlərinin, yubiley və gecələrin keçirilməsinə dəstək göstərib ki, burada da məqsəd həmin ustadları, həmin şəxsiyyətləri gənc nəsillərimizə, Azərbaycandan kənarda yaşayan soydaşlarımıza daha yaxından tanıtmaq olub ki, onların arasında əslən Əlimərdanlı kəndindən olan və aşıq sənətinin böyük ustadlarından olan Əlimərdanlı Aşıq Nəcəf və böyük ustadlar, aşıq Hüseyn Bozalqanlı, Xəyyat Mirzə, Mikayıl Azaflı, Aşıq Əkbər və başqaları da var. Qənirə Paşayeva deyib ki, düz 25 illik fasilədən sonra Dövlət Filarmoniyasında Tovuz Aşıqlarının Konsertinin çox yüksək səviyyədə təşkil edə bilib ki, bu onun 10 illik fəaliyyətində ən çox zövq aldığı işlərdən biri olub. Qənirə Paşayeva bu istiqamətdə bundan sonra da bütün layihələrə əlindən gələn dəstəyi göstərəcəyini deyib. Tovuz Azərbaycan xalqının köklərinin bağlı olduğu aşıq musiqisinin mərkəzlərindən biridir, bu torpaq Azərbaycana və dünyaya böyük ustad aşıqlar bəxş edib deyən Qənirə Paşayeva gənclərin bu məktəbi yüksək səviyyədə davam etdirməsinin zəruriliyini vurğulayıb. Millət vəkili 10 illik fəaliyyəti dövründə Azərbaycanın qədim bölgələrindən biri olan Tovuzun tarixinin, abidələrinin, toponimlərinin araşdırılaraq yazılan kitabın çapına və çəkilən sənədli filmə də böyük məmuniyyətlə dəstək verdiyini vurğulayıb və gələcəkdə də bu cür kitabların yazılmasına və sənədli filmlərin çəkilməsinə ehtiyac olduğunu deyib. Qənirə Paşayeva 10 illik millət vəkili fəaliyyəti dövründə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi də fəaliyyətində də dövlətimizin maraqları naminə var gücü ilə çalışdığını deyib. O, bir qadın millət vəkili olaraq daim qadınların təhsili, erkən nigahlara qarşı mübarizə, məişət zorakılığının qarşısının alınması istiqamətində çalışdığını, bu istiqamətdə qəbul olunan qanunların müzakirəsində fəal iştirak etdiyini də vurğulayıb və bildirib ki, seçiciləri yenidən ona etimad göstərsələr, gələcək fəaliyyətində də bu məsələlər onun üçün vacib mövzulardan olacaq. Əziz seçicilərim, həllini gözləyən problemlərimiz də var. Əgər yenidən mənə etmad göstərsəniz sizi bu 10 ildə olduğu kimi layiq olduğunuz səviyyədə və ləyaqətlə təmsil etməyə və problemlərinizin həlli istiqamətində əlimdən gələni etməyə çalışacam deyən Qənirə Paşayeva bütün Əlimərdanlı seçicilərini noyabrın 1-də keçiricələk seçkilərdə aktiv iştirak etməyə çağırıb. Görüşdə çıxış edən kənd sakinləri, ziyalılar millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 10 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər. Görüşdən sonra millət vəkili bir sıra kənd sakinlərini tək-tək dinləyib, onları narahat edən problemlərin həlli istiqamətində müzakirələr aparıb və qaldırılan məsələlərin bir hissəsini yerində həll edən Qənirə Paşayeva qaldırılan bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib.

Xəbər 677 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR